Gözlənilən qatar artıq Azərbaycanda

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən eksperimental konteyner qatarı artıq Azərbaycandadır.

Bu barədə məlumatı ANS PRESS-ə Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, qatar səhər saat 05:30 radələrində Azərbaycana daxil olub.

“06:10-da isə Böyükkəsik dəmir yolunda qatarını qəbul etmişik. Bir saat bundan əvvəl qatar Gəncə istiqamətində hərəkətdə idi. Çox güman ki, artıq başqa marşrutla hərəkət edir. Bakıya isə təxminən saat 17:00-18:00-də çatacaq”.

Nadir Əzməmmədov – Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri

Ukrayna yanvarın 15-də bərə keçidləri və quru yolu daxil olan Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət eksperimental qatarı yola çıxarıb. Qatar Gürcüstan limanına çatan zaman heç bir texniki nasazlıq müşahidə olunmayıb. Qatarın Qazaxıstan-Çin sərhədində “Dostık” stansiyasına qədər məsafəni 11-12 günə qət edəcəyi gözlənilir.
Yüklə doldurulmuş qatar daha sonra Çin tərəfdən geriyə hərəkət edərək Azərbaycana qayıdacaq.

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu

Həmçinin oxuyun:
Ukraynadan da Rusiyaya zərbə …read more

From:: ANS