Rusiyadan Azərbaycana gələnlər yoxlanılır (FOTO)

Samur postunda donuz qripinə qarşı qabaqlayıcı tədbirlər görülür.

ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyasının müxtəlif ərazilərində, o cümlədən qonşu Dağıstan respublikasında əhali arasında donuz qripinin müşahidə olunması, ölüm hallarının baş verməsi Dövlət Gömrük Komitəsinin ölkənin şimalındakı gömrük post əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçməyə sövq edib. Bu barədə Komitə sədri Aydın Əliyev postlara xüsusi göstəriş verib.

Çəkiliş qrupumuz Qusarın Azərbaycan – Rusiya sərhədində yerləşən Samur gömrük postunda gomrükçülərin donuz qripinə qarşı gördükləri təhlükəsizlik tədbirlərini izləyib.

Xaçmaz gömrük idarəsinin Samur gömrük postunun rəis muavini Cavid Nadirovun məlumatına görə, Rusiya Federasiyasında donuz qripi virusu aşkarlanması barədə məlumat yayıldıqdan sonra qurum GK rəhbərliyinin xususi tapşırığına əsasən gücləndirilmiş rejimlə çalışır.

Bir neçə gündür Rusiyadan Azərbaycana gələn bütün nəqliyyat vasitələri postun girəcəyində dezinfeksiya edilir, avtomobillərin təkər və şin hissələri xüsusi məhlulla yuyulur və ölkəyə buraxılır.

Ölkəyə gələn sərnişinlər də unudulmayib. Piyada keçid xəttində dezo baryer qoyulub, bütün sərnişinlər buradan keçib daxil olur posta. Bundan əlavə, burada termovizion adlanan xüsusi aparat qoyulub piyada xəttində, yüksək hərarəti olan insanlar keçəndə aparat cingiltili səs cixarir.

Cavid Nadirov məlumat verdi ki, hələlik donuz qripinə yoluxmuş xəstənin ölkəyə gəlişi burada müşahidə olunmayıb. Əgər olarsa, təcili olaraq Qusarin səhiyyə orqanları xəbərdar olunacaq.

Samur gömrük postunun rəisinin müavini Cavid Nadirovun sözlərinə görə, təkcə Samur keçid məntəqəsində deyil, Xaçmaz gömrük idarəsinin Azərbaycan-Rusiya sərhədində yerləşən digər keçid məntəqələrində də gömrükçülər gündəlik olaraq gücləndirilmiş iş rejimində çalışır.

…read more

From:: ANS