Ata Buş ölüm ayağında

ABŞ-ın sabiq pezidenti Corc Buş Texas ştatının Hyuston şəhər xəstəxanasına çatdırılıb. 90 yaşlı sabiq prezidentin sözçüsü deyib ki, Corc Buş nəfəs çatışmamazlığı səbəbi ilə Hyustonun Metodist xəstəxanasına aparılıb.

ANS PRESS-in məlumatına görə, 41-ci sabiq prezident Corc Buşun atası 2012-ci ilin dekabr ayında bronxit öskürək simtomundan müalicə almaq üçün eyni xəstəxanaya aparılmışdı. O zaman Buş, yeddi həftə xəstəxanada qalmışdı.

Ağ Ev bəyanatında Havay adalarında istirahət edən prezident Barak Obamanın ata Buşun xəstəliyi barədə məlumatlandırıldığını bildirib.

Bəyanatda Barak və Mişel Obamaların Buş və onun ailəsinə xoş arzularını göndərdiyi də qeyd edilir.

Corc Buş 1989-cu ildən 1993-cü ilədək prezident vəzifəsində çalışıb. O, ondan əvvəlki 8 il müddətində Ronald Reyqanın vitrse-prezidenti qismində çalışıb. …read more

From:: ANS