Məşhur azərbaycanlı biznesmendən neft proqnozu

““Qara qızıl”ın 1 barrelinin qiyməti 24 dollara düşərsə, Rusiyada neft hasilatı sahəsində bir çox layihələr bağlana bilər”.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov “Rossiya 24” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, 24 dollar ən aşağı mümkün olan həddir. “Analitika göstərir ki, bu həddən aşağı qiymət hətta fəaliyyətdə olan bir çox layihələrin dayandırılması deməkdir”, – deyə Ələkbərov bildirib.

Vahid Ələkbərovun proqnozuna görə, ilin ikinci yarısında neftin qiyməti qalxan xətt üzrə inkişaf edəcək. “İlin ortalarına yaxın neftin bir barreli 40-50 dollar proqnozlaşdılır. 2016-cı ili 50 dollarla tamamlaya bilərik”.

Vahid Ələkbərov – “Lukoyl” şirkətinin rəhbəri

Vahid Ələkbərov ötən ilin dekabrında 2017-ci ildə neftin qiymətinin 60 dollara qalxacağını bildirmişdi.

“Lukoyl” rəhbəri demişdi ki, bəşəriyyət yeni enerji mənbələrinin axtarışını davam etdirməlidir. Amma növbəti 40-50 il ərzində ənənəvi enerji mənbələri olan neft, qaz və kömürdən istifadə davam edəcək.

Neftin qiymətinin enməsinə baxmayaraq 2015 –ci ildə azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoyl” şirkəti tarixində ilk dəfə rekord miqdarda neft hasil edib. Şirkətin builki neft hasilatı 100 milyon tondur. “Lukoyl”un neft hasilatı bu il 2014-cü illə müqayisədə 4,5 faiz artıb.

Şirkət ötən il hasilatını 7 faiz artıraraq 97,2 milyon tona çatdırmışdı. Həmin hasilatın 86,3 milyon tonu Rusiyada həyata keçirilib. 2016-ci ildə isə “Lukoyl”un Rusiyadakı hasilatının 84 milyon ton olacağı planlaşdırılır. …read more

From:: ANS