Putin: Lenin Rusiyanın altına “atom bomba”sı qoyub (VİDEO, FOTO)

Rusiya prezidenti Vladimir Putin ölkənin Elm və Təhsil Şurasının iclası zamanı Rusiya inqilabının rəhbəri Vladimir İliç Lenini tənqid edib.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı Lenin dövründə Rusiyanın altına “atom bombası” qoyulduğunu bildirib.

Vladimir Putin “Kurçatov” institutunun direktoru Mixail Kovalçukun Boris Pasternakın “Yüksək xəstəlik” poemasında Lenin haqda bəhs edən hissədən sitat gətirməsinə şərh verərkən Leninin səhvləri barədə danışıb.

Vladimir Putin və Mixail Kovalçuk

“Fikir axınını idarə etmək lazımdır – bu düzgündür, amma bu faydalı nəticələrə gətirib çıxarmalıdır. Daha Vladimir İliçdə olduğu kimi pis yox. Yekunda bu fikir Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Orada belələrinin fikirləri çox idi: Rusiya adlanan binanın altına “atom bomba”sını qoydular və sonra o partladı. Dünya inqilabı da bizə lazım deyildi”, – deyə Putin bildirib.

Xatırladaq ki, Mixail Kovalçuk 2015-ci ilin dekabrında “Kurçatov” institutu Milli tədqiqat mərkəzinin rəhbəri təyin edilib. Bundan əvvəl Rusiya prezidentiylə görüşdə Kovalçuk Arktikada nüvə texnologiyalarının inkişafı üzrə güclü kompleksin yaradılması haqqında danışmışdı.

…read more

From:: ANS