Qadağanın ləğvi bu bazarı canlandırdı (FOTO)

Yanvarın 12-dən aksizli malların nağd satışına icazə verilməsi spirtli içkilərin satış bazarını canlandırıb.

ANS PRESS-in məlumatına görə, qadağa aradan götürüləndən sonra mağazalarda spirtli içkilər yenidən piştaxtalara yerləşdirilib və vətəndaşlar da hazırda bu məhsullardan sərbəst şəkildə ala bilirlər. Hazırki vəziyyətdən isə həm alıcılar həm də satıcılar razı görünür.

Satıcıların razı qalmasına səbəb, artıq onların bu sahədən daha çox qazanc əldə etmələri ilə əlaqədardır. Bunu satıcılar özləri də etiraf edirlər.

Bəsti adlı satıcı xanım deyir ki, yanvarın 1-dən Azərbaycanda spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa onların araq satışı bazarına köklü surətdə mənfi təsir göstərib: “Qadağa qüvvədə olduğu 12 gün ərzində demək olar ki, hər gün 2-3 spitrli içki sata bilirdik. Çünki əhalinin çox hissəsi hələlik nağdsız ödənişlərə öyrəşə bilməyib. Həm də vətəndaşların çoxunun kartının olmaması, bizim bazarımızı demək olar ki, tamamən zəiflətmişdi. Hazırda isə alıcılar istədikləri zaman nağd ödəniş edərək içki ala bilirlər. Qadağa qüvvədə olan 12 gün ərzində satdığımız içkini demək olar ki, hazırda 1-2 gün ərzində satırıq”.

Mağazaların spirtli içki yerləşdirilən vitrinləri

Şəhərdə müşahidə apardığımız müddətdə əksər mağazalarda alıcıların sərbəst şəkildə içki əldə edə bildiklərinin şahidi olmaq mümkün idi. Bu prosesdən alıcılar da razı görünürdü.

Şəhər sakini Tural Cabbarov deyir ki, qadağa qüvvədə olan müddətdə spirtli içki ala bilməyib: “Arabir dostlarla görüşəndə, yaxud evə qonaq gələndə insan, süfrənin üzərinə istər-istəməz araq qoymaq istəyir. Bu sanki bizdə bir mentalitet şəklində formalaşıb. Ancaq həmin günlər ərzində nağdsız ödəniş kartım olmadığı üçün içki ala bilmirdim. Düzdür başa düşürəm ki, içməsək də olar. Ancaq hazırda mən və mənim kimi düşünən vətəndaşlar üçün daha rahatdır. İstəməyən onsuzda nağdsız oldu-olmadı almır. Ancaq nağd satışın bərpa edilməsi şəxsən mənim ürəyimcədir”.

Mağazaların spirtli içki yerləşdirilən vitrinləri

Qeyd edək ki, 201-cı ilin yanvar ayının 1-dən Azərbaycanda spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa qüvvəyə minib.

Qaydaya əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə …read more

From:: ANS