Yuxulu sürücü maşını dirəyə çırpdı

Hacıqabulda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Qarasu kəndi ərazisində qeydə alınıb. Mingəçevir şəhəri, 3 saylı qəsəbənin sakini 1986-cı il təvəllüdlü Müşfiq Asif oğlu Əsədov idarə etdiyi “VAZ 2109” markalı, 27 BN 928 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yolun ortasındakı işıq dirəyinə çırpıb.

Qəza nəticəsində sürücü 30 yaşlı Müşfiq Əsədov və onun sərnişini Ağdaş rayonunun Dəhnə kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Fariz oğlu Tağıyev müxtəlif bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan hər iki yaralının travmatologiya şöbəsinə yeləşdirildiyini, vəziyyətlərinin orta ağır olaraq qaldığını bildirdilər.
Hadisəyə ilkin ehtimal sürücünün sükan arxasında yuxulaması göstərilir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Bənzər hadisə bir neçə gün əvvəl də Beyləqanda qeydə alınıb.

Milabad kəndi ərazisindən keçən hissəsində baş verən qəzada Beyləqan rayon sakini, 27 yaşlı Əkbər Hüseynov idarə etdiyi “Mercedes” markalı maşın ilə yoldan çıxaraq ağaca çırpılıb.

Sürücüylə yanaşı 29 yaşlı paytaxt sakini Rasim Xəlilov və Beyləqan rayon sakini 29 yaşlı Zamiq Həsənov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. …read more

From:: ANS