İdmançıdan örnək hərəkət (VİDEO)

Avstraliyada Açıq Tennis turniri zamanı maraqlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə, tennisçi Jo-Vilfried Tsonga hər kəsin alqışını qazanacaq bir hərəkət edib.

Belə ki, top daşıyan qızdan topu gətirməsini istəyən idmançı qızın topu gətirə bilmədiyini görüb. Gənc qızın vəziyyətinin yaxşı olmadığını anlayan Tsonga dərhal oyunu saxlayıb. Qıza yaxınlaşan oyunçu onun qoluna girərək gənci tibbi personalın yanına gətirib.

Jo-Vilfried Tsonga – tennisçi

Fransız tennisçi Jo-Vilfried Tsonganı Məhəmməd Əliyə olan bənzərliyinə görə “tennisin Məhəmməd Əlisi” də adlandırırlar.

Hər kəsin alqışına layiq olan jestlərdən biri də dünya şöhrətli futbolçu Kriştiano Ronaldoya məxsusdur.

Çempionlar Liqasında keçirilən “Atletiko Madrid”lə “Kral Klubu” oyunundan öncə məşq zamanı topla isinmə hərəkətləri edən portuqaliyalı qapıya zərbə endirib. Ancaq top tora deyil, tribunada əyləşən “Real Madrid”in balaca fanatının başına dəyib.

Uşağın ağladığını görən Ronaldo ona jest edib. Əynindəki formanı çıxaran ulduz futbolçu onu balaca azarkeşə hədiyyə edib. Portuqaliyalının bu hərəkəti insanlar tərəfindən alqışlarla qarşılanıb.

…read more

From:: ANS