Xalq artisti: “Diaqnozum qocalıqdır” (VİDEO)

Azərbaycan xanəndəsi, bəstəkar, respublikasının xalq artisti Əlibaba Məmmədov sağlamlığı barədə danışıb.
Xalq artisti ANS PRESS-ə açıqlamasında heç bir ağır xəstəlikdən əziyyət çəkmədiyini deyib:

“Xəstələnmişdim. İndi bir az yaxşıyam. 87 yaşım var. Artıq yaş öz sözünü deyir. Ağır xəstəlikdən əziyyət çəkmirəm. Problem ancaq yaş ilə bağlıdır”. Xalq artisti zarafat etməyi də unutmayıb. “Xəstə həkimdən soruşur ki, diaqnoz nədir? həkim deyir: “qocalıq””.

Əlibaba Məmmədov 5 fevral 1929-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb.

Əlibaba Məmmədov – “Bir dənəsən”

Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb. Onlar xanəndələrin repertuarlarına daxil edilib.
Ömrünün ahıl çağını yaşayan xalq artisti, prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba Məmmədov Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisidir. Onun hələ gənclik illərində oxuduğu “Simayi-Şəms” ritmik muğamı, “Şur” dəstgahı, “Çahargah” muğamı başqa boğazlardan fərqli şəkildə dinləyici qəlbini fəth edib.

Ə.Məmmədov …read more

From:: ANS