ABŞ Suriyada təyyarə bazası açır (VİDEO, FOTO)

ABŞ Suriyanın şimal-şərqində Əl Hasakah şəhərində təyyarə bazası tikir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər verib.

ABŞ-ın Hərbi Hava Qüvvələrləri Suriyanın şimal-şərqində atılmış aerodromu müasirləşdirir. Bu əraziyə kürd özünümüdafiə dəstələri nəzarət edir. Yayılan bəzi məlumatlara görə, artıq amerikalı mütəxəssislər uçuş-enmə zolağının və yeni təyyarə bazasının infrastrukturunun başqa əsas obyektlərinin hazırlığıyla məşğul olurlar. Bütün bu işlər Dəməşqlə razılaşdırmasız aparılır. Suriya hakimiyyəti Vaşinqtona tikintiyə icazə verməyib.

Bazanın yerləşdiyi ərazi

Bu qərb koalisiyasının aviasiyasına orada qırıcı və yanacaq doldurma təyyarələri yerləşdirməyə icazə verəcək. ABŞ 2010-cu ildən istifadə olunmayan “Abu Xadjar” aeroportunu bərpasını sürətləndirib. “Abu Xadjar” təyyarə bazasının uçuş-enmə zolağı 2,5 kilometr uzunluğa malikdir. Bu qırıcılar və nəqliyyat təyyarələrinə burdan istifadəyə imkan verir.

Daha əvvəl İranın FNA agentliyi ABŞ və kürdlərlərin əl Hasaka əyalətində Rimelan şəhərindən cənubda 10 hektar sahəyə malik hərbi təyyarə bazasının yaradılması məqsədi ilə əməkdaşlıq haqqında razılaşdığını bildirmişdi. Nəşrin xəbərinə əsasən, noyabrın sonunda ABŞ-ın iki hərbi vertolyotu Rimelan aeroportuna 8 hərbi mütəxəssis endirib.

Əl Hasaka şəhəri xəritədə

Qeyd edək ki, Rusiya aviasiyasını Latakiya şəhəri yaxınlığında yerləşən “Hmeymim” aviabazasında yerləşdirib. Rusların burada 50-dən artıq döyüş təyyarəsi və helikopteri var. Rus ordusunun ən son model bombardmançı təyyarəsi Su-34, həmçinin modernləşdirilmiş Su-24M bombardmançısı, Su-25 qırıcısı və digər hərbi texnikası bu bazada qərarlaşıb. …read more

From:: ANS