Davos İqtisadi Formu davam edir

“Çində baş verənlər Davosda Ümumdünya iqtisadi formunda iştirak edənləri ciddi narahat edir.” ANS PRESS-in məlumatına görə, bunu Davosda səfərdə olan Beynəlxalq Ticarət Palatasının rəhbəri Con Daniloviç bildirib. İqtisadi artım tempinin azalmasına və ixracatın nisbətən zəifləməsinə baxmayaraq, Çin və ABŞ, biznes sektorunda nikbin gözləntilərin olduğu aparıcı ölkələr sayılır.

Daniloviçin bildirdiyinə görə, 2016-cı il nüfuzlu biznesmenlər üçün çox çətin və həyəcanlı başlayıb. Daima inkişaf edən Robot və informasiya texnologiyalarına uyğunlaşmaq, Parisdə qəbul olunmuş iqlim sazişinə uyğun olaraq, atmosferi maksimum səviyyədə zərərli qazlardan qorumaq kimi məsələlər iri müəssisələrin işini daha da çətinə salıb.

“Beynəlxalq Ticarət Palatası dünya iqtisadiyyatına ümumi nəzər salır. Hazırda Davosdakı abu hava 2015-ci ildəki abu-havadan demək olarki tam fərqlənir. İştirakçılar arasında ümumi həvəssizlik, pessimizm hiss olunur. Heç şübhəsiz heç kim Çin məsələsini ağlından çıxara bilmir. İlin ilk 3 həftəsi nigarançılıq və təşviş içində keçib. Qarşıda bizi nə gözlədiyi məlum deyil.” – deyə Beynəlxalq Ticarət Palatasının rəhbəri Con Daniloviç bildirib.

Aktual iqtisadi siyasi mövzularda müzakirələr aparmaq üçün 2500-ə yaxın Beynəlxalq İqtisadi Forum iştirakçısı İsveçrənin Davos şəhərinə gəlib. Ən əsas mövzulardan biri internet və robot texnologiyalarının inkişafı ilə əlaqədar dünyada yaşanan “4-cü sənaye inqilabıdır”. …read more

From:: ANS