Türk klubu erməni futbolçu aldı (VİDEO, FOTO)

İstanbulun “Beşiktaş” klubu erməni futbolçu transfer edib.

ANS PRESS-in məlumatına görə, bu barədə istanbulluların prezidenti Fikret Orman xəbər verib.

“Beşiktaş” klubu “Spartak”ın futbolçusu Araz Özbilizi heyətinə qatıb. Bu gün İstanbula gələcək futbolçu ilə 4,5 illik müqavilə imzalanacaq. Bundan əvvəl İstanbul təmsilçisi Ukraynanın “Dnepr” klubunun qapıçısı Denis Boyka ilə anlaşıb. Bu transfer “qara qartallar”a 4 milyon avroya başa gəlib. 27 yaşlı əlcək sahibi ilə 3,5 illik sözləşmə imzalanacaq. Boykanın hər ili üçün “Beşiktaş”dan 1,5 milyon avro alacaq.

Denis Boyka

Qeyd edək ki, erməni futbolçu Türkiyədə dünyaya gəlib. 25 yaşlı forvardın son iş yeri Moskva “Spartak”ı olub. O, əvvəllər Hollandiyanın “Ayaks” və Rusiyanın “Kuban” klublarında forma geyinib. Hollandiya və Ermənistan vətəndaşlığı daşıyan Araz Özbiliz 2011-ci ildə mili komanda seçimini edib. O, Ermənistan yığmasına üstünlük verib.

…read more

From:: ANS