Azərbaycanlı Sovet əsgərini şam kimi yandırdı (VİDEO)

ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid Mustafayev ANS TV-nin efirində yayımlanan “Nəzər Nöqtəsi” verilişinin qonağı olub.

ANS PRESS sizə Vahid Mustafayevin müsahibəsini təqdim edir.

– Siz “Qanlı Yanvar” filminin həm ssenari müəllifi, həm də rejissorusunuz. Hadisələrin şahidi olmağınız ssenari müəllifi kimi nə dərəcədə kömək oldu. Yəni siz gördüklərinizi, müşahidə etdiklərinizi ssenaridə əks etdirə bildinizmi?

– Öncə bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun demək istiyirəm. Biz bu gün, əsasən Azərbaycanın müasir tarixinin şanlı səhfəsini qeyd edirik. Azərbaycanın müstəqilliyi, eləcə də bizim bügünkü günümüz uğrunda öz şirin həyatlarını bizə və vətənə bağışladıqlarına görə onların hamısına rəhmət diləmək istəyirəm. Onların valdeyinlərinə mən təşəkkürümü bildirmək istəyirəm ki, belə oğullar, qızlar böyüdüblər. “Qanlı Yanvar” filminin ərsəyə gəlməsində mənim gördüklərimin hansısa bir faydasının olub-olmamasına gəlincə, sözsüz ki, olub. Ümumiyyətlə, bu film demək olar ki, 90 faiz mənim gördüklərimin əsasında çəkilib. Filmin əvvəlində də qeyd edilib ki, film baş verən real hadisələrin əsasında çəkilib. Bu hadisənin üzərindən uzun bir müddət – 26 il keçib. Bu isə böyük bir rəqəmdir. Düşünürdüm ki, bu hadisə haqqında film çəkiləcək. Buna görə də biz özümüzü çox irəli çəkmirdik ki, bu işdə hansısa bir töhvə verək. Lakin dostlarımın, silahdaşlarımın rəhmətə gedən şəhidlərin ruhu, sözün düzü məni sakit oturmağa imkan vermirdi.

Bu istər “Xoca”, istər “Yaddaş”, istər “Bulağıstan” və digər filmlərimdə olduğu kimi. Hər dəfə yuxudamı, xəyallarımdamı uşaqlarla görüşürdüm. Onlar tərəfindən bir növ təpki görürdüm. Nə təpkisiydi bu? İnsanlar özlərinin həyatlarında ən şirin olan canlarını, həyatlarını, gələcəklərini nəyəsə görə bir anda verməyə hazır olmaları, şücaəti, qəhramanlığı məni həmişə heyrətləndirirdi. Biz bir yerdəydik. Amma hansısa bir müddətdən sonra biz aramızdan bir neçə adamı tapa bilirdik. Onlar şəhid olmuşdular, yox idilər. Bu da sözsüz ki, pula və yaxud hansısa bir orden və medala görə edilən hərəkətlər deyil. Bu həyatını verən gənc oğlana sadəcə …read more

From:: ANS