Bakıda məşhur ticarət mərkəzinin yanında ağac qətliamı (FOTO)

Bakıda ağacları kəsən şəxs cərimələndi. Bu hadisənin üstü isə ANS PRESS-ə edilən müraciətdən sonra açılıb. “Nizami rayonu 8-ci km kimi tanınan ərazidə, məşhur ticarət mərkəzlərinin qarşısında ağaclar qanunsuz şəkildə kəsilir. Guya ki, abadlıq işləri aparırlar. Amma hər gün ağacların sayının bir-bir azaldığını görürük. Xüsusilə də ötən şənbə günü ağaclar şər qarışan kimi kəsilib. Bənd qoyublar, halbuki həmin ərazi sürüşmə xarakterli deyil. Heyif o şam ağaclarından, dil-ağızları da yoxdur”, – deyə redaksiyamıza oxucu şikayəti daxil olub.

Oxucunun göndərdiyi fotolarda ağacların yanına mişar daşlarının düzüldüyü və araba ilə kəsilən ağac apardığı açıq-aydın görünüb.

Qanunsuz kəsilən ağac

Foto və vətəndaşın müraciətini nəzərə alıb aidiyyəti qurumla, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxladıq. Məsələyə olduqca operativ yanaşan nazirlik rəsmisi İradə İbrahimova qurumun müvafiq əməkdaşlarını adıçəkilən ünvana yolladı. Elə məsələnin qaranlıq üzü də bundan sonra aydınlandı. Ərazidə abadlıq işləri adı ilə heç bir göstəriş olmadan, həqiqətən, bir neçə ağac kəsilib.

ETSN rəsmisinin sözlərinə görə, qanunun tələbini pozanlar cəzalandırılıb və cərimələnib.

“Məlumatı sizdən alan kimi dərhal həmin ünvana əməkdaşlarımızı yolladıq. Məlum oldu ki, orada, həqiqətən, bir neçə ədəd şam və sərv ağacı kəsilib. Özü də qanunsuz olaraq. Bununla bağlı biz fiziki şəxs – Əhmədov Mais Ənvər oğlunu İnzibati Xətalar məcəlləsinin 92.2 maddəsi ilə 2200 manat cərimələdik. Çünki işlər qanunsuz aparılıb və bizə heç bir xəbərdarlıq olunmayıb”.

İradə İbrahimova – ETSN-in mətbuat xidmətinin rəhbəri

Yaşıllıqları qanunsuz şəkildə məhv edənlərlə bundan sonra da bu cür mübarizə aparılacağını deyən nazirlik sözçüsü qanuna riayət etməyin vacibliyini vurğulayıb. Hər hansı bir ağacın kəsilməsi üçün xüsusi icazə və nazirliyin ekspertiza idarəsinin rəyi olmalıdır.

Əlavə edək ki, adıçəkilən ünvanda avtobus xətlərinin daha intensiv hərəkəti üçün yol genişləndirilir. İşlərə hələ bir neçə gün bundan əvvəl başlanılıb. Məlumata görə, genişləndirilmiş yol kənarlarında dayanacaqlar salınacaq. Buna görə də lazımi hissələr bəndlənir.

Nizami rayonu, 8-ci km

Hər halda rahatlığa hesablanan bu işlər narahatlıq yaratmamalı, abadlıq işləri görülür deyə …read more

From:: ANS