Sabah dünyanın gözü İlham Əliyevdə olacaq

Prezident İlham Əliyev sabah İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda çıxış edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə forumun növbəti günə olan gündəliyində qeyd edilib.

Davos forumunda İlham Əliyevlə yanaşı Səudiyyə Ərəbistanının səhiyyə naziri Xalid əl-Falih , CNN-in redaktoru, ENI şirkətinin rəhbəri Klaudia Deskalzi, Xiamen Universiteti yanında Enerji Siyasəti üzrə Araşdırmalar İnstitutunun dekanı Lin Boqianq, Rusiya İnvestisiya Fondunun başçısı Kirill Dmitriyev və ekspert Con Defterios gündəliyə uyğun mövzular ətrafında müzakirələr aparacaqlar.

Azərbaycan prezidenti və digər iştirakçılar “Yeni enerji problemləri” adlı paneldə “Gələcəkdə neftin qiyməti və tələb”, “Enerji və iqlim siyasəti dəyişir”, “Rəqəmsal və bərpa olunan enerji innovasiyaları” kimi mövzularda məruzələr edəcəklər.

Ötən il “Regionların transformasiyası: Avrasiya” devizi altında Davos İqtisadi Forumunda prezident İlham Əliyevin çıxışı iştirakçıların diqqətini cəlb etmişdi. İlham Əliyev Azərbaycan üçün çox ağır olan 1990-cı illəri xatırlatmışdı.

“O zamanlar Azərbaycan dövlətinin qarşısında xeyli çətinliklər yaranmışdı. Əsas məqsəd siyasi sistemin transformasiyasına nail olmaqdan ibarət idi. Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər”, – deyə prezident bildirmişdi.

Prezident İlham Əliyevin Davos Forumunda çıxışı (22 yanvar, 2015-ci il)

Forumun növbəti günə olan gündəliyində enerji mövzuları üstünlük təşkil edir. Davos forumu 20-23 yanvar tarixlərində keçirilir.

Forumda Azərbaycan prezidenti ilə yanaşı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş …read more

From:: ANS