Bu da idmançının yenidoğulan qızı (FOTO)

Boks üzrə dünya çempionu Vladimir Kliçko yeni doğulan qızını üzə çıxardı. ANS PRESS-in məlumatına görə, iki həftəlik körpənin fotoları yayılıb.

Superağır çəkidə çempion olan ukraynalı Kliçkonun qızının anası amerikalı müğənni, aktrisa Hayden Panetterdir.

Cütlüyün ilk ailə fotosunu mətbuata təqdim edib. Foto ilk olaraq “people” jurnalında yayımlanıb.

İki həftə öncə doğulan körpəyə Kayn Evdokiya adlandırıblar.

Kayn dekabrın 9-da doğulub. Onun çəkisi 3,5 kq, boyu isə 50 sm olub. Hazırda körpənin qayğısına qalan Hayden Panetter fevral ayında yenidən işlərinin başına qayıtmağı planlaşdırır. Körpəyə isə onun ukraynalı nənəsi qulluq edəcək.

…read more

From:: ANS