Özbəyi döyən azərbaycanlı saxlanıldı

Rusiyada Azərbaycan vətəndaşı özbək bağbanı oğurlayaraq döyməkdə ittiham olunur.

ANS PRESS-in məlumatına görə, hadisə Sankt-Peterburq şəhərində baş verib. Bağbanı 4 cinayətkar döyüb. Onlar artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Özbək onlardan üçünü tanıyıb. Məlum olub ki, cinayətkarlar arasında biri Azərbaycan vətəndaşıdır.

Polis şöbəsindən verilən məlumata görə, mənzil kommunal xidməti sistemində bağban işləyən 55 yaşlı Özbəkistan vətəndaşını gecə radələrində dörd nəfər naməlum şəxs Daewoo Gentra markalı maşından düşürərək Lada markalı maşına mindirib və ərazidən uzaqlaşıblar. Özbəyin başına kisə keçirib, onu yarım saatlıq yol qət etdikdən sonra ağ qaraja gətiriblər.

Burada onun əlindən şəxsiyyət və sürücülük vəsiqəsini, eləcə də, 20 min rublunu (404 AZN – red.) alıb, daha 300 min rubl (6060 AZN – red.) tələb edərək vəhşicəsinə döyməyə başlayıblar. Bağban öz bacısı oğluna zəng edərək, “Novoçerkasskaya” metro stansiyasının yanına 35 min rubl (707 AZN- red.) gətirməsini xahiş edib.

Bundan sonra kişini adını xatırlamadığı bir qadının adına 300 min rubl (6060 AZN) qəbz yazmağa məcbur ediblər. Daha sonra bağbanı yenidən maşına mindirərək gecəyarı götürdükləri əraziyə gətirib düşürüblər.

Sankt-Peterburq

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. …read more

From:: ANS