QİÇS-in dərmanını tapan Şimali Koreyadan yeni ixtira (FOTO)

Şimali Koreya spirtli içki sahəsində özünəməxsus inqilab edib. ANS PRESS-in məlumatına görə, hazırladıqları yeni içki tərkibində olan maddələr sayəsində insanın səhhətini korlamayacaq. Bu içkini qəbul edib yatan insanlarda sonradan baş ağrı və ürək bulanma kimi narahatlıqlar, yəni “paxmel” adlandırlan vəziyyət olmayacaq.

Ötən il xərçən, Ebolaya və QİÇS-ə çarə tapdığını bildirən bu ölkə indi də düyüdən hazırlanan bir içki ixtira edib. Dadı ilə seçilən bu içkinin hazırlanmasında yandırılmış düyüdən istifadə edilir.
“Koryo” adlanan içkinin hazırlanması və ərsəyə gəlməsi üçün uzun zaman tələb edilir.

Ötən il Kim Çen Inin himayəsi ilə Şimali koreyalı alimlər QİÇS, Ebola, MERS-i müalicə edə biləcək möcüzəvi bir dərman icad etdiklərini iddia edirdilər.

Onlar bu dərmanı jenşen bitkisindən və adlarını sadalamadıqları başqa maddələrdən hazırladıqlarını deyirdilər. Şimali Koreya dünyada ən çox jenşen bitkisi ixracatçılarından biridir.

Şimali Koreya Demokratik Xalq Respublikası …read more

From:: ANS