Neftin və dolların bu günə qiyməti

Dünya bazarlarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, ötən gün 29.10 dollar olan “Brent” markalı neftin qiyməti ucuzlaşaraq 28.76 dollar olub.

Ötən gün səhər 29.56 dollar olan“Texas” markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 28.20 dollarda qərarlaşıb.

Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 29,91 dollar təşkil edib.

Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı 35,02 dollardır. Platinin 1 qramı 26.59 dollar, Palladiumun 1 qramı isə 15.89 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Mənbə: Bloomberg

Yanvarın 19-na AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində olub. Euronun məzənnəsində də bahalaşma qeydə alınıb. Euro 1.7451 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0202 manata düşüb. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2847 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5283 AZN müəyyənləşib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 19.01.2016-cı il tarixinə müəyyən olunan USD/AZN rəsmi məzənnəsi bu gün və sabah da 1,6028 səviyyəsində olacaq.

Mənbə: Azərbaycan Mərkəzi Bankı …read more

From:: ANS