Hər saniyəsində sətiraltı mənası olan film Qusarda (FOTO)

20 yanvar faciəsinin 26-cı ildönümü günündə Qusarda Kinorejissor Vahid Mustafsayevin həvəslə qələmə aldığı Qanlı yanvar filmi vasitəsilə xüsusi həyəcanla anıldı. Olduqca təsirli və tarixi filmin Qusarda izləyiciləri rayon mərkəzi xəstəxanasının həkim və tibb işçiləri olub.

Qusarda “Qanlı Yanvar” filminin nümayiş olunması rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Zeynalovun şəxsi təşəbbüsü ilə baş tutub.

Filmin təqdimatından əvvəl rayondakı Heydər Əliyev mərkəzinə yığışan hipokrat and içənləri Azərbaycanın müstəqilliyi uğrunda, o cümlədən !990-cı ilin 19-20 yanvar hadisələrində şəhid olmuş dinc insanların və vətən müdafiəçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qusarın baş həkimi Mübariz Zeynalov 20 yanvar faciəsindən, indi xüsusi həvəs və qürurla baxılan bu bədii filmin yaranma zərurətindən ətraflı danışıb.

Qusarlı tamaşaçılar 2 saat 10 dəqiqə davam edən Qanlı yanvarı həyəcanla, göz yaşları içində, həm də o illəri qürur içində xatirlaya – xatırlaya xüsusi maraqla izlədilər. Tamaşaçıların Azərbaycanın ən yeni hərb tarixindən bəhs edən qanlı yanvar filminə xüsusi maraq göstərmələri onların filmə cınqırlarını belə çıxartmadan baxmalarından hiss plunurdu.

“Milli qürür milli fəxr günüdür. Ona da qeyd etmək istəyirəm ki, filminin baslanğıcından axıra kimi saniyələrin hər birinin sətralti mənaları adamın qəlbini riqqətə gətirir. Bir daha çəkilişlərdə əziyyəti olan hər kəsə minətsarlıqmizi bildirirrik”, – deyə Mübariz Zeynalov bildirdi.

Azərbaycanlı kinorejissor Vahid Mustafa Yevin həqiqətən tarixi faktlara söykənən “Qanlı yanvar” filmi bu gün şimalda Qubada nömayiş olnacaq.

…read more

From:: ANS