Məşhur erməni vəkil Xədicə İsmayılı müdafiə edəcək

Tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə “Amerikanın Səsi” xəbər yayıb. Bildirilir ki, xanım Kluni bunu Amerikanın NBC kanalına müsahibəsində deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılovanın vəkilləri isə hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

Xədicə İsmayıl

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məşhur hollivud aktyoru Corc Kluninin həyat yoldaşı Amal Kluni olub.

“Erməni soyqırımı” iddiasını müdafiə etməklə gündəmə gələn erməni əsilli Amal Kluni Ermənistanın maraqlarını Avropa məhkəmələrində müdafiə edib.

Amal Kluni

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. …read more

From:: ANS