“Made in Azerbaijan” brendi yaradılır

Yaxın vaxtlarda Azərbaycanda yeni “Made in Azerbaijan” brendi yaradılacaq. Bu brendin yaradılmasında məqsəd qeyri-neft məhsulları ixracını stimullaşdırmaqdır.

ANS PRESS-in verdiyi məlumata görə, prezident İlham Əliyev bununla bağlı artıq xüsusi sərəncam da imzalayıb. Sərəncamda xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinin inkişaf etdirilməsi yer alıb.

Ən əsası isə “Made in Azerbaijan” brendinin yaradılaraq xarici bazarlarda təşviqinə göstəriş verilib. Prezidentin sərəncamı ilə bu və digər öhdəlikləri Azərbycan İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

İlham Əliyev – Azərbaycan Respublikasının prezidenti

Nazirlikdən əldə etdiyimiz son məlumata görə, hazırda sərəncamla bağlı hazırlıq işləri görülür. Bu barədə ANS PRESS-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açıqlama verib.

“Azərbaycan brendinin yaradılması ilə bağlı verilən sərəncam, əlbəttə ki, təqdirəlayiqdir. Hazırda sərəncamdakı müddəalarla bağlı hazırlıq işlərinə başlanılıb. Bu məsələ Milli Məclisdə də müzakirə olunacaq. Bu brendin hansı məhsulları və sektoru əhatə edəcəyi, təşviq, təbliğinin necə aparılacağını müzakirələrin sonunda biləcəyik. O zaman heç şübhəsiz mediada məlumatlandırılacaq”, – deyə Abbas Əliyev bildirdi.

Abbas Əliyev – İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Ekspertlər isə hesab edir ki, bu sərəncam çoxdan verilməli idi. Çünki hazırda Azərbaycanın dünya bazarına çıxaracaq xeyli sayda məhsul var və onları brendə çevirmək üçün ölkəyə sadəcə marketoloq sahəsini çox yaxşı bilən şəxslər lazımdır. Bu sahədən xəbərsiz olanlara isə mütəxəssislər təlim keçməlidir.

İqtisadçı ekspert Zahid Məmmədov düşünür ki, Azərbaycan kənd təsərrüfatı məhsulları olan pomidor, kartof eləcə də konservləşdirilmiş Azərbaycan məhsulları dünya bazarında kifayət qədər alıcı tutumuna malik ola bilər. Eləcə də Azərbaycan balı, mürəbbəsi, meyvə və tərəvəzi dünya bazarına brend məhsul kimi çıxarıla bilər.

“Hələ SSRİ dövründə evdə hazırlanan Azərbaycan mürəbbəsi, hazırlanan şərab,konserva məhsulları Rusiyada alternativsiz məhsullar sayılırdı. Vaxtı ilə Ordubad ,Xaçmaz konserva zavodunda qablaşdırılan məhsullar demək olar ki əsl brend idilər. Azərbaycan müəllifliyi o an sezilirdi .

Mən hesab edirəm ki təkcə kənd təsərrüfatı sahəsi yox,yüngül sənaye,neft,nəqliyyat sektorları da brendləşə bilər. Məsələn

From:: ANS