Neftin ucuzlaşmasından milyonlar qazanan milyarder (FOTO)

Hindistanlı milyarder Mukeş Ambani neftin qiymətinin enməsi ilə gəlirlərini 620 milyon dollar artırıb.

ANS PRESS-in məlumatına görə, neftin qiymətinin aşağı düşməsi heç də hamı üçün böhranla nəticələnməyib. Belə ki, hindistanlı milyarder neftin qiymətinin aşağı düşməsi fonunda varlanan biznesmenlərdəndir.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, Mukeşin sahib olduğu “Reliance Industries” şirkəti aşağı düşən neft qiymətləri sayəsində öz neft hasilatının həcmini artıra bilib. Onun sərvəti rekord həddə – 620 milyon dollar civarında artıb.

Analitiklərin proqnozlarına görə, Mekeşin şirkəti gəlirlərini hələ 1 milyard dollar daha artıracaq.

Mukeş Ambani – hindistanlı milyarder

“Wal-Mart” şirkətinin gəlirləri də tarixi bir rekorda imza atıb. Şirkətin sahibi Elis Uolton neftin qiymətinin ucuzlaşması fonunda öz gəlirlərini 130 milyon dollar artırıb.

Elis Uolton – Wal-Mart şirkətinin sahibi

Neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrdə böhrana səbəb olub. Bu günlərdə Norveç neftin qiymətinin 30 dollara enməsinin ardından böhran elan edib.

Qərbi Avropanın ən böyük neft ixrac edən ölkələri, 2008-ci ildəki böhrandan da ağır bir vəziyyətə düşüb.

Norveç Neft Şirkətinin baş direktoru Bente Nyland hazırki vəziyyəti dəyərləndirərkən “Norveç neft sənayesi iqtisadi böhran vəziyyətindədir və bunu inkar edə bilmərik”, – deyə bildirib.

Hazırda “Qara bazar” da Texas markalı neftin bir barreli 29.56 dollar, Brent markalı neftin barreli 29.10, Azərlayt isə 3.72 dollardan satışa çıxarılır. …read more

From:: ANS