Natiq Kərimovun həbsi ilə bağlı qərar dəyişdi

Dövlətə xəyanətdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ev dustaqlığına buraxılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Kərimovun vəkili Əyyub Ələkbərov bildirib.

“Səbail rayon məhkəməsində Natiq Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətimizə baxılıb. Məhkəmə vəsatəti təmin edərək Kərimovu ev dustaqlığına buraxılıb”, – deyə Əyyub Ələkbərov bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən Nardaran qəsəbə sakini Natiq Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış Kərimov barədə Səbayel Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilib.

Daxili qoşunların hərbçiləri Nardaranda

Nardaranda noyabr ayının 26-da atışma olub. Hadisə zamanı 2 polis əməkdaşı və 4 yerli sakin dünyasını dəyişib. Dekabr ayının 1-i səhər saatlarında da Nardaranda yenidən xüsusi əməliyyat başlayıb. Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

Dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur. …read more

From:: ANS