Cazibədar aktrisa “əriyir” (FOTO)

Məşhur aktrisa Ancelina Coli övladları ilə birlikdə “Kunq Fu Panda 3” cizgi filminin Los-Ancelesdəki qala gecəsində iştirak edib.

ANS PRESS-in məlumatına görə, tanınmış aktrisanın qala gecədə çox arıq olduğu diqqət çəkib.

40 yaşlı aktrisa zərifliyi ilə heyranlarını təəccübləndirib. Onun həddindən artıq arıqladığı diqqətdən yayınmayıb.

Ancelina Coli – aktrisa

Əlavə edək ki, dünya şöhrətli cütlüyün uşaqları “Kunq Fu Panda 3” cizgi filminin qəhrəmanlarını səsləndiriblər.

Məşhur aktyor Blek Cek Po adlı baş qəhrəmanı, Ancelina Coli isə dişi pələngi səsləndirib. Əfsanəvi çinli aktyor Ceki Çan isə meymunu canlandırıb.

“Kunq Fu Panda 3” cizgi filminin anonsu

Ancelina Coli və Bred Pittin 6 uşağı var – 3 qız, 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı isə Ancelina övladlığa götürüb.

Los Ancelesin xəritəsi

39 yaşlı aktrisanın əməliyyatı ötən həftə baş tutub. Əməliyyat zamanı onun yumurtalıqları və analıq borusu (fallopian) götürülüb. Ancelina Coli doğuş qabiliyyətini (menepauza) itirib. …read more

From:: ANS