Bakıda qadınlar döyüldü

Bu gecə Bakıda iki nəfər döyülüb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisələr paytaxtın müxtəlif rayonlarında baş verib.

Gecə saat 01 radələrində Yasamal rayonu Qızıl Şərq küçəsində 54 yaşlı D.M. döyülüb. Qadın ağır kəllə-beyin xəsarətilə xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Gecə saat 03 radələrində küçədə 20 yaşlı B.B. vəhşicəsinə döyülüb. Qadın ağır bədən xəsarətlərilə xəstəxana yerləşdirilib.

İlkin ehtimala görə, qadın qısqanclıq üzündən yaxınları tərəfindən döyülüb. Lakin hadisənin təfərrüatları qadının ifadəsi alınandan sonra məlum olacaq.

Hər iki faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS