Jirinovski buzlu suya girdi, dili tutuldu (VİDEO)

Dediyi sözlərlə, etdiyi çıxışlarla qalmaqallara səbəb olan Rusiyanın Liberal Demokratlar Partiyasının lideri millət vəkili Vladimir Jirinovski hər kəsin marağına səbəb olan daha bir addım atıb.

ANS PRESS-in məlumatına görə, bu dəfə “Xaçaçuran” dini bayramında iştirak edən millət vəkili paytaxtda quraşdırılan böyük vannada buzlu suya girib.

Sudan çıxdıqdan sonra bayram təbrikləri alan deputat, soyuğun və şaxtanın təsirindən sualları cavablandıra bilməyib. Soyuğun təsirindən nitqi tutulan Jirinovski qışqırmağa başlayıb. Deputatın bu hərəkəti ətrafdakılar tərəfindən gülüşlə qarşılanıb.

Xaçaçuran bayramında insanlar buz kimi xaç suyuna salınır və bu yolla günahlarını yuduqlarına inanırlar. Xristianların əsas bayramlarından biri olan Xaçaçuran hər il qeyd edilir.

Hər zaman qeyri-adi hərəkətləri, çıxışları ilə seçilən deputat bundan əvvəl hamamda qız jurnalistə açıqlamalar verib. Sauna xoşlayan Vladimir Jirinovski NTV kanalının gözəl aparıcısının suallarını cavablandırmaq üçün hamamı seçib. Hətta o vuğulayıb ki, hamamda bütün insanlar bərabər olur: “İsti su əhvalı yaxşılaşdırır…”

…read more

From:: ANS