Naxçıvanla sərhəddə xidmət edən polisləri öldürən PKK-lı tutuldu

Türkiyədə Naxçıvanla sərhəddə 13 polisi şəhid edən terrorçu tutuldu. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 13 polis məmurunu şəhid etdiyi bombalı hücumla bağlı axtarılan PKK terrorçusu İğdırın Aralıq rayonunda yaxalanıb.

Terror hadisəsi Türkiyədə İğdırın şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında baş verib. Naxçıvanla sərhəddəki Dilucu sərhəd keçid məntəqəsində xidmət edən polisləri aparan xidməti avtobusa hücum sentyabr ayının 8-də olub. PKK tərəfindən polislərə bombalı tələ qurulub. Yolda quraşdırılan və içində 5 ton partlayıcı olan maşın avtobus keçərkən partladılıb. Nəticədə 13 polis şəhid olmuşdu.

İğdır, Türkiyə

Bu hadisə ilə bağlı daha öncə iki nəfər saxlanılmışdı. Yeni saxlanılan şəxs Yaqub P. adlı şəxsdir. Yaqub daha öncə keçirilən iki əməliyyat zamanı qadın paltarı geyərək qaça bilmişdi.
Bu dəfə də təhlükəsizlik qüvvələri onun yaşadığı Yazlık kəndində əməliyyat keçiriblər.

Terrorla mübarizə şöbəsinin jandarma və polis idarəsi əməkdaşları terrorçunu evlərdən birində yataq dəstləri arasında gizlənmiş halda tapıb.

İğdır Dövlət Xəstəxanası

Hadisənin baş verdiyi ərazi

Avqustun 27-də də İğdırda Dilucu Sınır qapısında polisləri daşıyan avtobusa PKK tərəfindan atəş açılıb və nəticədə bir polis yaralanıb. …read more

From:: ANS