Neftin qiyməti qalxdı (FOTO)

Bu gün dünya bazarında neftin qiyməti sürətlə artmağa başlayıb. ANS PRESS-in məlumatına görə, “qara bazar” da Brent markalı neftin bir bareli psixoloji xətti keçib və 30 dollara çatıb.

Buna səbəb kimi Çin Xalq Respublikasının “qara qızıla” olan tələbatının artması göstərilir.

Beləliklə, hazırda Brent markalı neftin bir bareli 5.76% bahalaşaraq 30.18 dollar, Texas markalı neftin bir bareli isə 2.88% balaşaraq 30.08 dollara qalxıb.

Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 29,91 dollar təşkil edib.

Son hesablamalara görə, 2015-ci ildə bir sutka ərzində Çinin neftə olan tələbatı 10.32 milyon barelə qalxıb ki, bu da 2014-cü ilin nəticələrinə nisbətən 2.5% çoxdur.

Lakin dünya bazarında neft hasilatının həcmi artdığından neftin qiyməti 19 illik minumum səviyyəsində qalacaq. Beynəlxalq Enerji Agentliyi yanvar ayına dair hesabatında neftin qiymətinin 2016-cı il ərzində aşağı düşəcəyini istisna etməyib. …read more

From:: ANS