Bu ölkədə benzin rekord həddə ucuzlaşdı

Amerikanın Miçiqan ştatında benzinin qiyməti 10 sentdən də aşağı düşüb. Buna səbəb isə ştatdakı yanacaqdoldurma məntəqələrinin müştərilərə əlverişli təkliflər etmək istəyidir.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hətta ştatın Hafton Taun şəhərində 4 litr benzin 47 sentə (0.75 AZN) təklif olunur ki, bu da son 10 ilin ən aşağı göstəricisidir. Bundan əlavə, Virciniya ştatındakı yanacaqdoldurma məntəqələrindən biri ötən gün benzini 81 sentə (1.29 AZN) satıb.

Yanacaqdoldurma məntəqəsi

Ekspertlər baş verənləri təkcə neftin qiymətindəki azalma ilə deyil, eyni zamanda qiymət müharibəsi ilə də izah edir. ABŞ-da benzin qiymətlərinin montorinqini edən ekspert Patrik De Haan bildirib ki, Miçiqanda özünü göstərən qiymət ucuzlaşması 3 yanacaqdoldurma məntəqəsi arasındakı qiymət müharibəsilə bağlıdır.

Patrik De Haan- Ekspert

Monitorinqin nəticələri göstərir ki, Hafton Taun şəhərindən başqa ölkədəki heç bir region neftin ucuzlaşmasına belə reaksiya verməyib. Hazırda ölkə üzrə qallonun orta dəyəri 1,89 dollar (3 AZN) təşkil edir. Bu isə 2015-ci ildəki orta dəyərdən 0,17 sent (0,27 AZN) aşağı göstəricidir.

Hafton Taun şəhəri xəritədə

De Haan 2008-ci ildə neftin qiymətinin pik həddə olduğu zaman ölkə üzrə qallonun orta dəyərinin 4,12 dollar (6,54 AZN) olduğunu xatırladıb. Həmin vaxt bəzi yanacaqdoldurma məntəqələrində bu qiymət 6 dollar (9,52 AZN) həddinə çatırdı. …read more

From:: ANS