Dollar və avro yenə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı dolların yanvarın 19-na olan məzənnəsini təqdim edib. Bankdan ANS PRESS-ə verilən məlumata görə, ABŞ dolları bir gündə 1,5870 manatdan 1.6028-ə qalxıb.

Avrozonanın valyutasında da artım qeydə alınıb. 1 avro 1.7451 manat olub.

Rublda isə cüzi ucuzlaşma olub. Rusiya rublu 0.0202 manata düşüb.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Həmçinin oxuyun:
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Mərkəzi Bankdan banklara icazə ilə bağlı açıqlama (YENİLƏNİB)
500 dollardan çox pul dəyişənlərin nəzərinə
2016-cı ildə manatın taleyi
Dollarla kredit götürənlərin aqibəti…
Vahid Əhmədov: “Dollara görə artım olacaq, amma…”
Bakıda dollar ajiotajı (FOTO) …read more

From:: ANS