Blatter hələ də FİFA-dan maaş alır (FOTO)

FİFA-nın sabiq prezidenti Yozef Blatter vəzifəsindən azad olmasına baxmayaraq qurumdan maaş almağa davam edir.

ANS PRESS-in məlumatına görə, FİFA-nın mətbuat katibi Andreas Bantel “Reuters”a danışaraq bildirib ki, növbəti prezident seçkilərinə qədər Blatter maaş alacaq.

“Müqaviləyə əsasən Blatter növbəti prezident seçkilərinə qədər məvacib ala bilər. 26 fevrala kimi o, hələ də FİFA-nın prezidenti hesab olunur”.

Ötən il UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıblar. Onların hər ikisinə idmanın bu sahəsi ilə məşğul olmaq qadağan edilib.

Mişel Platini

FİFA-da korrupsiya ilə bağlı qalmaqal ötən ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.

1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter ötən ilin mayın 29-da yenidən bu posta seçilib. Lakin iyun ayında korrupsiya qalmaqalı ilə əlaqədar istefa verdiyini açıqlayıb. FİFA-nın növbəti prezident seçkiləri isə fevralın 26-da baş tutacaq. …read more

From:: ANS