Neftin və dolların bu günə qiyməti (YENİLƏNİB)

Dünya bazarlarında neftin qiymətində cüzi bahalaşma müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, ötən gün 29.12 dollar olan “Brent” markalı neftin qiyməti 2 dollara yaxın ucuzlaşaraq 29.10 dollar olub.

Ötən gün səhər 28.55 dollar olan“Texas” markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 29.56 dollarda qərarlaşıb.

Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 30,72 dollar təşkil edib.

Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı 34,99 dollardır. Platinin 1 qramı 26.62 dollar, Palladiumun 1 qramı isə 15.97 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Mənbə: Bloomberg

Yanvarın 18-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində olub. Euronun məzənnəsində də cüzi ucuzlaşma qeydə alınıb. Euro 1.7451 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0202 manata yüksəlib. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2847 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5283 AZN müəyyənləşib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 19.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi stabil qalaraq 1,6028 səviyyəsində müəyyən olunub.

Mənbə: Azərbaycan Mərkəzi Bankı …read more

From:: ANS