Ucarda hamilə ana xəstəxanada öldü

Ucarda hamilə qadın xəstəxanada ölüb.

Ucar Mərkəzi Rayon Xəstəxanasının baş hakiminin müavini Ata Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, rayonun Qarabörk kənd sakini 1990-cı il təvəllüdlü Ziyafət Əliyusif qızı Əliyeva gecə saatlarında ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Gənc qadın xəstəxanaya gətirilərkən 35-36 həftəlik hamilə olub.

Həkimlər ona lazımı tibbi yardım göstərsələr də 26 yaşlı qadın orada dünyasını dəyişib.

Onun ölümünün infeksiyanın ağırlaşmış formasından baş verdiyi ehtimal edilir. Hazırda Ucar Rayon Prokurorluğunun əməkdaşları hadisənin dəqiq başvermə səbəblərini aparır.

Kənd sakinləri isə ANS PRESS-ə qadının 10 ay əvvəl ailə qurduğunu və ilk hamiləliyi olduğunu bildirdilər.

Sonuncu dəfə ana aölümü faktı yanvar ayının 9-da qeydə alınıb. Tovuz rayonunda da ölüm hadisəsi zamanı ana və uşaq ölümü baş verib.

Həyatını itirən gənc ana – 21 yaşlı Abbasova Lalə Əjdər qızı xəstəxanaya yanvarın 5-də huşsuz vəziyyətdə gətirilib və dərhal qeysəriyyə əməliyyatı edilib.

“Əməliyyat edilərkən uşaq da ölü doğulub. Xəstəxanaya daxil olanda huşsuz vəziyyətdə olduğundan, dərhal Bakıdan üç həkim qrupu çağırdıq. Amma 3 gün ərzində qadına bütün tibbi yardımlar göstərilsə də, həyatını qurtarmaq mümkün olmadı”, – deyə xəstəxandan bildirmişdilər. …read more

From:: ANS