Səudiyyə Ərəbistanı hücüma keçdi: 25 ölü (FOTO)

Səudiyyə Ərəbistanın Hərbi Hava Qüvvələrinin Yəmənin paytaxtına etdiyi hücum zamanı 25 nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının Yəmən işğalı şiddətlənərək davam edir.

Bu dəfə koalisiyaya aid hərbi təyyarələrinin Yəmənin paytaxtı Sənada yerləşən bir polis mərkəzinə edilən hava hücumunda 25 nəfər həyatını itirib. Hücum zamanı aralarında dinc sakinlərin də olduğu 30 nəfər isə yaralanıb.

Hücum nəticəsində dağılan binanın dağıntıları altında hələ polislərin olduğu bildirilir. Baş verən hadisə sonrası şərh edən İngiltərə baş naziri David Kameron Səudiyyə Ərəbistanının işğalına dəstək verib.

Keçən il Səudiyyə Ərəbistanı hərbi hava qüvvələri Yəmənin Məzrak şəhərində husilərin qaçqın düşərgəsinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində azı 45 nəfər ölüb, 65-ə yaxın insan yaralanıb. Düşərgəyə edilən hücum hökumət qüvvələri tərəfindən də öz təsdiqini tapıb. Lakin rəsmilər əməliyyatlar zamanı qaçqınların deyil, üsyançıların hədəfə alındığını bildiriblər. Aviazərbələr zamanı humanitar yardım komissiyasının bir əməkdaşı ölüb.

Səudiyyə Ərəbistanı kralı Salman Yəməndə stabilliyə və təhlükəsizliyə nail olmaq üçün bu ölkədəki bütün siyasi partiyalarla danışğa getməyə hazır olduğunu bildirib. Lakin belə bir görüş Körfəz Əməkdaşlığı Şurası çərçivəsində olmalıdı. Danışıqların başladılması üçün əsas şərt isə, üsyançıların silahları tərk etməsidir. Kral Salman hökumətin iclasında belə bir açıqlama verib: “Səudiyyə Ərəbistanı Yəməndəki siyasi fraksiyalarla danışıqlara gedə bilər. Yəmənin təhlükəsizliyini qorumaq üçün bunu edə bilərik”.

Yəmənin paytaxtı xəritədə …read more

From:: ANS