Süni qiymət artımına qarşı monitorinqlər davam edir (VİDEO)

Buğda və un əlavə dəyər vergisindən azad olunandan sonra bölgələrdə də vəziyyət dəyişib. Aparılan monitorinqlər bu məhsulların qiymətlərinin aşağı düşdüyünü deməyə əsas verir. Süni qiymət artımının qarşısının alınması alıcıların da sayına təsirsiz ötüşməyib.

ANS TV-nin məlumatına görə, buğda və unun əlavə dəyər vergisindən azad olunması Füzuli rayonunda da unun qiymətinin aşağı düşməsinin səbəb olub.

Hazırda Horadiz şəhərinəki satış məntəqələrində 50 kq yüksək sort unun qiyməti 24, I növ unun qiyməti isə 23 manatdır.

Horadiz sakini Rəvan Kərimov deyir ki, hazırda unu bir kisəsini 23 manata alıb və bu onlara bir ay bəs edir, elə olur ki, arada çörək də alır.

Satıcıların sözlərinə görə, qiymətin enməsi insanlarda alıcılıq qabiliyyətinin artmasına da səbəb olub.

Satıcı Elçin İbrahimov sözlərinə görə, bahalaşma zamanı unun bir kisəsi 28 manat idi, indi isə 23 manatdan alıb 24-ə satırıq, alış çoxalıb.

Unun qiymətinin enməsi rayonda satılan çörəyin çəkisinə də təsirsiz ötüşməyib.

Horadiz şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssiəslərindən də bildirdilər ki, hazırda çəkisi 500 qram olan çörək mağazalara 27 qəpikdən paylanır.

Hərbiçilər üçün bişirilən çörəyin çəkisi də standarta uyğundur.

Çörək zavodunun baş mühasibi Fizuli Xudaverdiyev bildirib ki, 500 qram olan çörəyin pərakəndə satışı qiyməti 30 qəpikdir, Müdafiə Nazirliyi ilə bağlanmış 294 nömrəli satınalma müqaviləsinə əsasən hər bir ədəd çörəyin çəkisi 200 qramdır.

Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən də çörək və unun qiymətiylə bağlı gündəlik monitorinq aparıldığı və süni surətdə qiymət artımı hallarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bildirildi.

…read more

From:: ANS