Bağlanan bankın müştərilərinə ziyan dəyməyəcək (VİDEO)

Mərkəzi Bank məşhur bankı bağladı. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, Mərkəzi Bankın idarə heyətinin bugünkü qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalinin adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

“Banklar haqqında” Azərbaycan Respublikası qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, bugündən banka müvəqqəti inzibatçı təyin edilib.

“Bank of Azerbaijan” ASC-də əmanətlərin sığortalanması fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

İqtisadçı Zahid Məmmədov ANS-in studiyasında kreditlərin qaytarılması ilə bağlı məsələlərə aydınlıq gətirib.

Zahid müəllim xoş gəlmisiniz.

– İlk olaraq bu bağlanan bank və onun əmanətçiləri üzərində dayanaq. Çox güman ki, məhz bu bankda əmanəti olanlar bizi izləyir və hər hansı bir məlumata sahib olmaq istəyirlər. Sizcə əmanətçilərə kompensasiyaların ödənilməsinə nə vaxtdan başlanılacaq? bu proseslər necə tənzimlənir. Əmanətçilər pul itirməyəcəklər ki?

– Təbii ki, əmanətlərin sığortalanması haqqında Azərbaycan qanunvericiliyinə uyğun olaraq əmənətçilər burda pul itirməyəcəklər. Sabah isə Milli Məclisdə “Əmanətlərin qorunması haqqında” qanuna yeni dəyişikliklə ediləcəkdir. Bu bilavasitə dövlətin xüsusi nəzarətindədir. Azərbaycan qanunvericiliyi tam olaraq müəyyən məbləğdə elan edilmiş kompensasiya, əmanət sığortasını ödəməyə qadirdir. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur.

Ümumiyyətlər bu bankların bağlanması ilə bağlı bir faktı nəzərə alsaq görərik ki, Amerikada 2008-2009-cu illərdə, Rusiyada isə zaman-zaman bankların bağlanması baş verib. Bundan narahat olmağa ehtiyac olmaz.

Xatırladım ki, Amerkada bu cür hadisələr baş verəndə, böhran sonrası ilk dəfə olaraq, yəni1933-cü ildə Əmanət Sığorta Fondu yaradıldı. Yəni banka pulunu yatıran insanlar bu sahədə rahatsız olmamalıdırlar. Dövlət əmanətlərin qorunmasına tam olaraq təminat verir. Hesab edirəm ki, yəqin Milli Məclisdə əmanətin kompensasiya məbləğı daha da artırılar. Bu məsələdə bir problem olmaz.

Bir daha qeyd edim ki, bununla əlaqədar olaraq 1933-cü ildən bugünədək Amerika Birləşmiş Ştatlarında ilk …read more

From:: ANS