Balakəndə ev sahibinə su verən “nəcib” oğrular saxlanıldı

Balakən sakini Xəlifə Yolcuyevin evinə basqın edərək pul tələb edən 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 4 nəfər maskalanmış nəməlum şəxs ailə üzvülərini bıçaqla hədələyərkən ev sahibinin xanımının qorxudan halı pisləşib. Bunu görən dəstə üzvləri özlərini itiriblər. Halı pisləşən ev sahibəsini su verərək sakitləşdirməyə çalışan qarətçilər stolun üstündə olan iki ədəd mobil telefonu və ev sahibinin “Nissan” markalı minik avtomobilinin açarlarını götürərək hadisə yerindən qaçıblar.

Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş rayonun Qullar kənd sakini 25 yaşlı Mübariz Yetimov və qəsdən adam öldürməyə görə 12 il məhkumluq həyatı yaşamış Bakı şəhər sakini 46 yaşlı Güləli Abdullayev, həmçinin digər Bakı şəhər sakinləri 24 yaşlı Zahid Məmmədov və 24 yaşlı Fərid Məmmədov saxlanılıblar.

Rayon polis şöbəsinin müstəntiqi Məhəmməd Əliyev bildirdi ki, təqsirləndirilən şəxslərin rayonda törədilmiş digər cinayətlərdə iştirak olub olmaması araşdırılır.

4 nəfərdən ibarət dəstə üzvlərinin soyğunçuluq məqsədi ilə qarət etmək istədikləri evin sahibi Xəlifə Yolçiyev Balakəndə həkim işləyir. …read more

From:: ANS