Davos forumunun Azərbaycan üçün əhəmiyyəti

Yanvarın 20-23-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu öz işinə başlayacaq. ANS PRESS-in məlumatına görə, beynəlxalq tədbirdə prezident İlham Əliyev də iştirak edəcək.

Forumda Azərbaycan prezidenti ilə yanaşı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun , Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib.

Forum dünyada ciddi maliyyə, miqrant böhranlarının və neftin ucuzlaşdığı bir vaxtda baş tutur. Dünyada baş verən iqtisadi və siyasi proseslər Azərbaycandan da yan keçmir. Maliyyə böhranlarının baş verməsi dünyanın digər dövlətləri ilə yanaşı Azərbaycanı da yeni gəlir mənbələri axtarmağa sövq edir.

Prezident İlham Əliyev dəfələrlə Azərbaycana xarici investorlarının ölkəyə cəlbinin vacibliyini vurğulayıb. İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə də beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyovun sözlərinə görə, forumda prezidentlərin, hökumət nümayəndələrinin, bankların və transmilli şirkətlərin rəhbərlərinin iştirakı Azərbaycan üçün çox önəmlidir.

“Bütün inkişaf edən ölkələrdə maliyyə problemləri var. Təbii ki, prezident İlham Əliyev də çıxışlarda və diskusiyalarda Azərbaycanın problemlərini həll etmək və ölkəyə investisiya cəlb etmək üçün çalışacaq. Davos formunda əsas müzakirə mövzularından biri yaxın zamanlarda dünya iqtisadiyyatının hansı istiqamətlərdə inkişafı olacaq”.

Rasim Musabəyov – millət vəkili

Millət vəkili bildirdi ki, ikitərəfli qaydada belə gürüşlərin və diskusiyaların keçirilməsi bilavasitə Azərbaycana xarici investisiyanın …read more

From:: ANS