Siqaret yenidən ucuzlaşdı

Bakının bir sıra mağazalarda siqaretin qiymətində ucuzlaşma qeydə alınıb. ANS PRESS-in məlumatına görə, ucuzlaşma bu gün axşam saatlarından etibarən başlayıb.

Markasından asılı olaraq siqaretlərin qiyməti 25 faizdən 30 faizə qədər ucuzlaşıb. Siqaretin qiyməti yanvar ayının 8-də təxminən 20%-ə qədər bahalaşmışdı.

Satıcılar bahalaşmaya səbəb kimi şirkətdən məhsulu baha qiymətə aldıqlarını deyirdilər.

Ötən il dekabr ayının 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı verdiyi qərardan sonra dollar Azərbaycan manatı qarşısında 48% dəyər qazandı.

Manatın bu devalvasiyasından sonra tütün məmulatlarında 50%-ə qədər artım baş verdi. Dekabr ayının sonlarında siqaretin qiyməti təxminən 20%, yanvar ayının ortalarında isə daha 20% bahalaşmışdı.

Həmçinin oxuyun:
Tütün məmulatları ilə bağlı yeni qadağalar
Siqaretin qiyməti bahalaşdı (SİYAHI)

Siqaretin qiymətləri (bahalaşma ilə) …read more

From:: ANS