Messiyə böyük ehtiram jesti (VİDEO, FOTO)

İspaniya La Liqasının hesabat turunda “Atletik”i qəbul edən “Barselona” rəqibini böyük hesabla məğlu edib.

ANS PRESS-in məlumatına görə, Luis Suaresin het-trik etdiyi qarşılaşma Kataloniya təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda klubun əvəzedilməz lideri argentinalı ulduz Leonel Messi yenə diqqət mərkəzinə düşüb. Oyun başlamazdan qabaq bir neçə gün əvvəl 5-ci dəfə qazandığı “Qızıl top”u tamaşıçılara nümayiş etdirən Messi azərkeşlərin gurultulu alqışları ilə qarşılaşıb.

“Nou Kamp”da kataloniyalı azarkeşlər həmçinin “Barsa”nın əvəzedilməz üzvü üçün xüsusi pankart açıb. Bu pankartla azarkeşlər argentinalını 5-ci dəfə “Qızıl top”u qazanmasına görə təbrik ediblər. Messi görüşdə ilk qolu vuraraq bombardmanın əsasını qoyub.

Qeyd edək ki, bir neçə gün öncə İdman Tədqiqatları Beynəlxalq Mərkəzi (CIES) dünyanın ən varlı 10 futbolçusunu müəyyənləşdirib. Varlı futbolçuların müəyyənləşdirilməsi zamanı onların klub milli komandadakı durumu, müqavilələri və onların müddətləri, yaşları və oynadıqları mövqelər, həmçinin performasları və özəl xüsusiyyətləri nəzərə alınıb.

Messi və Neymar

Siyahıya “Barselona” klubunun argentinalı ulduz futbolçusu Lionel Messi başçılıq edir. İkinci sırada Messinin komanda yoldaşı brazilyalı Neymar qərarlaşıb. Üçlüyü “Çelsi”nin belçikalı ulduzu Eden Hazard qapayır.

Qeyd olunur ki, bu siyahıda yer alan futbolçular qış transfer dövründə mövcud klublarından ayrılmayacaqlar və qazancları eyni miqdarda qalacaq.

1. Lionel Messi (Barselona) – 250 milyon 700 min avro
2. Neymar (Barselona) – 152 milyon 700 min avro
3. Eden Hazard (Çelsi) – 130 milyon 500 min avro
4. Kriştiano Ronaldo (Real) – 114 milyon avro
5. Harri Kin (Tottenhem) – 91 milyon 300 min avro
6. Raheem Sterlinq (Mançester Siti) – 89 milyon 800 min avro
7. Antoine Qriezmann (Atletiko) – 88 milyon 300 min avro
8. Luis Suares (Barselona) – 86 milyon 300 min avro
9. Serxio Aquero (Mançester Siti) – 82 milyon 100 min avro
10. Aleksis Sançes (Arsenal) – 81 milyon 900 min avro …read more

From:: ANS