Qızlardan ibarət millinin futbolçusu intihar etdi

Qazaxıstanın qadınlardan ibarət millisinin üzvü Zarina Turdiyeva intihar edib.

ANS PRESS-in məlumatına görə, 23 yaşlı futbolçunun hansı səbədən özünə qəsd etdiyi bəlli deyil.

Zarina Qazaxıstanın perespektivli və gələcək vəd verən futbolçularından sayılıb.14 yaşından futbolçu karyerasına başlayan Zarina “Kayrat”la yanaşı ölkəsinin “Jetisu” və “Kokşe” klublarında da çıxış edib. Zarina Turdiyeva həmçinin millinin aparıcı simalarından biri olub. Komanda yoldaşları onun ölüm xəbərini eşitdikdə şoka düşüb. Rəfiqələri də onun nə səbəbə intihar etdiyini bilmir. Hazırda yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Oyunçunun nəyə görə canına qəsd etməsinə cavab axtarılır.

Zarina Turdiyeva

Bir müddət əvvəl daha bir futbolçu intihara cəhd etmişdi. Xoşbəxtlikdən bir vaxtlar “Qalatasaray”ın heyətində xaruqələr yaradan kolumbiyalı qapıçı Fərid Mondraqonun özünə qəsdi xoş sonluqla başa çatıb. Əfsanəvi qapıçının psixoloji sarsıntı keçirməsi səbəbindən intihar etmək istədiyi qeyd olunurdu.

Mondraqon “Qalatasaray”-“Beşiktaş” derbisində

45 yaşlı Mondi həyat yoldaşı ilə boşanma ərəfəsində olduğundan psixoloji sarsıntı keçirib. Məhz bu səbəbdən onun intihar təşəbbus göstərdiyi bildirilir. Mondraqon intihar etmək məqsədiylə çoxlu dərman qəbul edib. Vaxtında xəstəxanaya çatdırılan qapıçını xilas etmək mümkün olub. Həkimlər Kolumbiya millisinin sabiq üzvünün hazırda vəziyyətinin yaxşı olduğunu qeyd edib. …read more

From:: ANS