Mal əti 5 manat, yumurta 10 qəpik

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində kənd təsərrüfatı və ərzaq məhsulları satış yarmarkası keçirilib.

Bu barədə ANS PRESS-ə Gəncə Şəhər İcra Hakimiyyətindən bildirdilər: “Yarmarkada 30-dan çox müəssisə və şirkət alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta və s. təqdim ediblər”, – deyə icra hakimiyyətindən əlavə etdilər.

Yarmarkadakı məhsulların qiyməti
Mənbə: Gəncə Şəhər İcra Hakimiyyəti

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır:

“Yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Kənd təsərrüfatı məhsullarının satış yarmarkası hər 10 gündən bir olmaqla mütəmadi təşkil olunacaq. Növbəti yarmarkalarda məhsulların çeşidlərinin sayı daha da artırılacaq”, – deyə birinci müavin əlavə edib.

Yarmarkadan şəkillər

İcra Hakimiyyətindən verilən məlumatlara görə, şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasının tərəfdarıdırlar.

Yarmarkadan şəkillər

Sakinlərin alıcılıq qabiliyyətinin yüksək olduğu kənd təsərrüfatı məhsulları yarmarkası səhər saat 10:00-dan axşam saat 17:00-dək davam edib.

Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası bu ayın sonunda təşkil olunacaq.

Yarmarkadan şəkillər …read more

From:: ANS