Eldar Sabiroğlunun həbsdəki oğlunun vəziyyəti pisləşdi (YENİLƏNİB)

“Bu gün Rüfət Səfərov barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdik”.

Bu barədə ANS PRESS-ə Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun hüquqlarını müdafiə edən vəkil Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, verilən apellyasiya şikayətinə yaxın iki gün ərzində baxılacaq və müvafiq qərar çıxarılacaq. Vəkil həmçinin R. Səfərovun irəli sürülən ittihamla razılaşmadığını bildirib.

Saat 13:22
“Oğlum Rüfətin səhhətində problem yaranıb və saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təcili yardım əməkdaşları çağırılıb. Bildiyimə görə, hazırda onun vəziyyəti normaldır. Onsuz da Rüfət yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkirdi”.

Bu barədə ANS PRESS-ə rüşvət almaqda təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən Rüfət Səfərovun atası Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, oğlunun səhhəti barədə onun hüquqlarını müdafiə edən vəkili Bəhruz Bayramovdan məlumat alıb:

“Vəkil Rüfətlə görüşüb. Görüşdən sonra mənə istintaq təcridxanasında saxlanılarkən Rüfətin qan təzyiqi yüksəldiyi və təcridxanaya təcili tibbi yardım çağırıldığı barədə məlumat verildi. Həkimlərin tibbi yardımından sonra onun səhhəti normallaşıb. Deyilənə görə hazırda vəziyyəti nomaldır. Hazırda Bəhruz Bayramov oğlumun yanındadır. Çıxandan sonra ətraflı məlumat alacam”, – deyə Eldar Sabiroğlu bildirib.

Sabiq mətbuat rəhbəri oğlunun həbsindən apellyasiya şikayəti verəcəklərini də deyib.

Eldar Sabiroğlu – Rüfət Səfərovun atası

Yanvar ayının 15-də Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.

R.Səfərov barəsində həbs-qətimkan tədbiri seçilərək Binəqədi Rayon Məhkəməsinə aparılıb. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəhruz Bayramov – Rüfət Səfərovun hüquqlarını müdafiə edən vəkil

Qeyd edək ki, R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və …read more

From:: ANS