Gürcüstanın yeni qaz planına ABŞ dəstək verdi

“Gürcüstan hökuməti şəffaf enerji siyasəti yürütməlidir”. Bu fikirləri ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Gürcüstanda enerji müstəqilliyi məsələsi 2015-ci ilin sentyabrında bu ölkənin Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar apardığı məlum olduqdan sonra qabarıb. Bu məsələdə müxalifətçilər və mütəxəssislər öz narahatlığını bildirib.

“Hökumətin enerji siyasətində şəffaflığa diqqət yetirməsi həmişə vacibdir. Gürcüstanın enerji ehtiyatı qısamüddətlidir və fikrimcə, potensial enerji təchizatçısı ilə danışıq daha uzaqgörən addımdır”, – deyə ABŞ səfiri Yan Kelli qeyd edib.

Yan Kelli – ABŞ-ın Gürcüstandakı səfiri

“Əlbəttə, biz Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı ilə bağlı narahatlıq keçirdik. Fikrimcə, yəqin, Gürcüstan hökuməti bu çağırışları başa düşür”, – deyə Kelli vurğulayıb.

Azərbaycan Gürcüstanı təbii qazla təmin edən əsas təchizatçıdır. Amma Azərbaycan hazırda bu ölkənin 2012-ci ildən bəri təxminən 38 faizə çatan ehtiyacını texniki baxımdan tam təmin edə bilmir. Bu baxımdan kəsir Rusiya qazı ilə doldurulur.

Gürcüstanın energetika naziri Kaxa Kaladze isə “Qazprom”la danışıqların qaz alışı ilə bağlı olmadığını, tərəflərin 2003-cü ildən bəri hər il hazırladığı müqaviləyə aid olduğunu açıqlamışdı.

Gürcüstanın hər il 2.5 mld kubmetr qaza ehtiyacı var. Ölkə bu ehtiyacın böyük hissəsini Azərbaycandan təmin edir. Qalan faiz isə Rusiyaya düşür ki, bu da ümumi həcmin 10 faizidir. Bu isə Gürcüstanın ərazisindən tranzit ölkə olaraq istifadə edib Ermənistana qaz ötürdüyü üçün ödəniş əvəzi olaraq verilir.

Son vaxtlar Gürcüstanın qazla bağlı yeni planlar qurduğu barədə məlumatlar yayılıb. Hətta bunun üçün gürcü nazir Kaxa Kaladzenin ötən ilin dekabrında Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ilə gizli görüş keçirdiyi bildirilmişdi.

Kaxa Kaladze – Gürcüstanın energetika naziri

Gürcü analitiklər bunu ölkənin Azərbaycandan idxal etdiyi “mavi yanacağ”ın 50%-ni Rusiya qazı ilə əvəz etmək niyyətində olması kimi izah etmişdi.

Bu il yanvarın 13-də isə Dövlət Neft Şirkətinin rəhbəri …read more

From:: ANS