Taksi şirkəti helikopter xidməti təklif edir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) nəqliyyat şəbəkəsi kompaniyası “Uber” müştərilərinə helikopter xidməti təklif edir. ANS PRESS-in məlumatına görə, bu məqsədlə firmanın Fransanın “Airbus” aviaşirkəti ilə əməkdaşlıq edəcəyi gözlənilir. “Airbus” “Uber” şirkətini H125 və H130 helikopterləri ilə təmin edəcək.

Xidmətin hansı sahələri əhatə edəcəyi hələlik məlum deyil. Lakin “Pilot layihə” bu həftəsonu “Sandens” Film Festivalında sınaqdan keçiriləcək.

“Uber” indiyə qədər müxtəlif nəqliyyat xidməti sahəsində öz xidmətlərini təklif edib. Dünyanın müxtəlif ölkələrində müştərilər sadə taksidən tutmuş, rikşa və qayıq xidmətləri ilə təmin olunublar.

Baş qərargahı Kaliforniyada yerləşən şirkətin onlayn çağırış xidməti var. …read more

From:: ANS