Gürcüstandan Azərbaycana donuz cəmdəyi gətirildi

Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilib. Baytarlıq Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun yerli qurumları tərəfindən reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən “Jiquli-07” markalı 25 BP883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilib.

Cəmdəklər Gürcüstandan gətirilib

Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olub. Donuz cəmdəkləri Gürcüstan ərazisindən ölkəmizə gətirilib.
Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Tapılan donuz cəmdəkləri

Bir neçə gün öncə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində mənşəyi məlum olmayan ət tapılıb və zərərsizləşdirilib.

Mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlılığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skeletlərinin ümumi çəkisi 4 tona yaxın olub.

Yanvarın 14-də isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) yanvarın 12-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən “Zirvə” kolbasa məmulatları sexində reyd keçirib.
Reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlılığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə …read more

From:: ANS