Dövlət atdığı addımı geri çəkməməlidir (VİDEO)

Yadıma bir hadisə düşür. Heydər Əliyev işdən çıxarılanda İlham Əliyevi SSRİ Xarici İşlər Nazirliyindən məhz Şevardnadze azad etmişdi. Amma elə həmin o Şevardnadzeni Saakaşvili işdən qovanda İlham Əliyev müdafiə və xilas etdi. Bir qonşumuz Gürcüstandı, biri Ermənistan. Onlardan nə gözləyirik.

Azərbaycanlı azərbaycanlıdan gözləməlidir. Ona görə ki, bu saat hamı gözləyir. Azərbaycanda çaxnaşma olan kimi ermənilər az qala Gəncəyə qədər gəlib çıxmışdı. XX əsrdə İrəvan, Zəngəzur, Qarabağ və ətrafındakı rayonları itirdik. Kim deyir ki, 20 faizdir bu itki? Biz bəlkə də tarixi torpaqlarımızın 40 faizini itirmişik. Onlar bu ilin bismillahında oturub yeni torpaqlara amadədirlər.

Onlar da, arxalandıqları da. Nəyi gözləyirlər. Əbəttə əlverişli şəraiti, yəni mitinqləri, iğtişaşları, qırğınları… Mən burda day başqa qonşulardan danışmıram. Allah hamısının canını salamat eləsin. Təbii ki, o cümlədən bizim də. Adam dara da düşər. Bir yerdə olsaq bu mərhələni də tez, asan və torpaq itirmədən keçib gedəcəyik.

Sunami vurmuş Yaponiya var dünyada. Onlar bu dünya qiyamətinin altından necə qürurla çıxdılar. Birlikdə. Şəstlə. Neçə illərdir tam təcrid şəraitində yaşayan, öz yerli iqtisadiyyatını, istehsalını və istehsalat vasitələrini muxtar rejimdə işləməyə öyrədən İran İslam Respublikasındanda, sanksiyaların altında xüsusilə birləşən, hətta ən ciddi fikir ayrılıqlarını bir kənara ataraq milli vəhdət və dirəniş taktikası seçən, az qala bütün dünyaya mətanətlə meydan oxuyan Rusiyadan da öyrənmək olar.

Çin atıq paralel planetə çevrilməkdədir. Niyə? Ona görə ki, MAO keyfiyyətli təhsillə Çinin bütün dünyada hegemon olacağına inanırdı.

İkinci Dünya müharibəsindən tam məğlub çıxmış Almaniya bu gün Avropanın tam lideridir! Bizə nə olub maşallah?! Bəli bu gün bizdə narazılar var və artan sıra ilə dəyişir. Amma niyə? Dövlət gömrük komitəsinin sədri Aydın Əliyevlə söhbət edirdik. Deyirdi ki, artıq inhisarçılıqla mübarizə öz bəhrəsini tam verdi. Yəni inhisarçılar olmayacaq. Əlbəttə …read more

From:: ANS