“Suıtan Əhməd” terrorruna görə 10 nəfər həbs olundu

Bu il yanvarın 12-də Türkiyənin İstanbul şəhərindəki tarixi “Sultan Əhməd” meydanında törədilən terror hadisəsinə görə 10 nəfər həbs olundu. ANS PRESS-in məlumatına görə, teraktda şübhəli bilinərək polis tərəfindən saxlanılan 16 şübhəlidən 10 nəfəri barədə silahlı terror qruplaşmasına üzv olmaq və qəsdən planlaşdıraraq adam öldürmək ittihamı ilə həbs qərarı verilib. Azadlığa buraxılan 6 şübhəli barədə isə ölkə xaricinə çıxmaq qadağası qoyulub.

Yanvarın 12-də səhər saatlarında Türkiyənin İstanbul şəhərindəki tarixi Sultan Əhməd Meydanında güclü partlayış baş verib. Terakt nəticəsində Almaniya vətəndaşı olan 10 turist ölüb, 15 nəfər xəsarət alıb.

Bundan əvvəl isə 2015-ci il oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada qatar stansiyasının yaxınlığında çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş vermişdi. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, bu say daha sonra 103 olmuşdu.

Terror hadisəsinin baş verdiyi Ankara qatar stansiyası …read more

From:: ANS