Terrorçular qumbaraatanla hücum etdilər: yaralılar var

Türkiyənin Diyarbəkir və Şırnak vilayətlərində gecə reyd keçirən polislərə PKK terrorçuları silahlarla və qumbaraatanla hücum ediblər. ANS PRESS-in məlumatına görə, hücumlar nəticəsində 3 nəfəri ağır olmaqla 7 polis əməkdaşı yaralanıb.

Diyarbəkirin Yenişehir rayonu Şəhidlik məhəlləsində baş verən hadisə zamanı terrorçular qumbaraatanla polislərin olduğu zirehli texnikaya atəş açıblar. Raketin zirehli maşına dəyməməsi baş verə biləcək faciənin qarşısını alıb. Bununla yanaşı raket yaxınlıqda olan elektrik yarımstansiyasına dəyib. Nəticədə yarımstansiyada yanğın baş verib və elektrik enerjisinin kəsilməsi səbəbindən bölgə qaranlıqda qalıb.

Digər analoji hadisə Şırnak vilayətinin İdil rayonu “Turqut Özal” və Yenimahalle məhəllələrinin sərhəddində baş verib. PKK terrorçuları reyd keçirən zirehli polis avtomobilinə kustar üsulla hazırlanmış partylayıcı ilə hücum ediblər. Hücum zamanı ilkin məlumata görə, 3 nəfəri ağır olmaqla 7 nəfər yaralanıb. Yaralı polislər dərhal İdil dövlət xəstəxanasına çatdırılıblar.

Hər iki faktla bağlı hadisə yerinə təhlükəsizlik əməkdaşlarının əlavə qüvvələri cəlb olunub. Hazırda terrorçuların ələ keçirilməsi və ya zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.

Yanvarın 13-də axşam vaxtı Türkiyənin Diyarbəkir vilayətində 5 nəfərin ölümü, 36 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi baş vermişdi. Vilayətin Çinar rayonunda PKK terrorçuları eyni anda 3 müxtəlif yerə hücum emişdi. …read more

From:: ANS